
Surxay Qocayev Elxan Şükürlüyə şeirlə cavab verdi: “Mən müharibəni seçirəm!”
Surxay Qocayev
İstedadlı jurnalist Elxan Şükürlünün “Son çarə-müharibə: Ona “qadın gözü”ylə baxmaq olmaz” sərlövhəli möhtəşəm yazısını diqqətlə oxudum. Elxan bəyin cəsarətli mövqeyini alqışlayır və onun çağrışına cavab olaraq deyirəm:
MƏN MÜHARİBƏNİ SEÇİRƏM!
Xalqın əzmi önündə
Min dəfə baş əyirəm.
Mən demirəm bir daha
Ya Qarabağ, ya ölüm!
Mən Qarabağ deyirəm,
Mən qələbə deyirəm!
Yalvarmaqla heç zaman,
Donuz çıxmaz darıdan.
Göstər əzmini xalqım,
Al qisası harından.
Mən Qarabağ deyirəm,
Mən qələbə deyirəm!
Bunu bütün xalq deyir,
Deyir, həm də haqq deyir.
Bu, millətin əzmidir,
Bu, birliyin rəmzidir.
Mən Qarabağ deyirəm,
Mən qələbə deyirəm!
Bu xalq üçün Qarabağ,
Qan ağlayan o torpaq,
Namus, qeyrət timsalı,
Şərəf, ismət timsalı.
Mən Qarabağ deyirəm,
Mən qələbə deyirəm!
Yetər, alım öcümü,
Dünya görsün gücümü.
Haqq nazilər üzülməz,
Bu iş qansız çözülməz.
Mən Qarabağ deyirəm,
Mən qələbə deyirəm!
Bunu dövr, zaman deyir,
Bu xalq, bu meydan deyir,
Qalmaz yerdə qan deyir,
Bütün Azərbaycan deyir.
Mən Qarabağ deyirəm,
Mən qələbə deyirəm!!!
Xural.com



