
Fuad Əliyev türkiyəli hərəkat lideri ilə görüşüb
Bu gün Osmanlı Diriliş Xalq Hərəkatının başqanı Turabi Ergün ALDP-nin baş qərargahında partiyanın sədri Fuad Əliyevlə görüşüb. Xural.com xəbər verir ki, görüşdə iki dövlət arasındakı münasibətlər, partiya və QHT-lərin əməkdaşlığı məsələləri müzakirə olunub.
F.Əliyev əvvəlcə qonağı Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi, xüsusən də Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasətindən bəhs edib. Partiya sədri hər iki ölkənin siyasi partiyaları və QHT sektorunda əməkdaşlıq və münasibətlərin möhkəmləndirilməsinin vacibliyini qeyd edib: “ALDP Türkiyənin liberal demokratları ilə əməkdaşlıq edir. Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti institutlarının da Türkiyədəki QHT-lərlə əlaqələri mövcuddur. Amma indiki durumda, bölgədə baş verən siyasi prosesləri nəzərə alaraq Azərbaycan və Türkiyənin eyni mövqedən çıxış etməsi və xarici təsirlərlərdən qorunmaq üçün birliyimiz möhkəmlənməli və həqiqətləri dünya ictimaiyyətinə birlikdə çatdırmalıyıq”. T.Ergün F.Əliyevə ona ətraflı məlumat verdiyinə görə təşəkkürünü bildirib və əməkdaşlığın vacibliyini, bu istiqamətdə iş aparılacağını söyləyib.

Xural.com



