
Əli Kərimli və bir çox AXCP üzvləri həbs olundular-TƏCİLİ!(VİDEO)
17 noyabr – Meydan Hərəkatının 30 illiyi münasibətilə AXCP sədri Əli Kərimlini və bir çox cəbhəçiləri həbs ediblər. Bu haqda “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı özünün facebook profilində yazıb:
“AXCP sədri Əli Kərimli başda olmaqla bir çox cəbhəçini polis həbs edərək Səbail polisinə gətirib. Əli Kərimli içəridə polis idarəsindədir, digər cəbhəçiləri isə mühasirədə saxlayırlar. Hətta paylaşım etməyə, nəsə yazmağa belə imkan vermirlər. Bu, nə biabırçılıqdır, millətin ən əziz günlərindən birində ziyarətçiləri həbs etmək də nə demək?! Nə qədər məsuliyyətə girdiklərinin fərqində deyillər sanki! Millət o millət deyil artıq… Bütün cəbhəçilərə – başda Əli Kərimli olmaqla – azadlıq tələb edirəm!”
Turan.az isə Əli Kərimlinin və AXCP üzvlərinin həbsindən 1 dəqiqəlik videogörüntü yayıb. Xiural.com videonu təqdim edir:
Xural.com



