Prezident güllələnən icra başçısını vəzifədən çıxardı

Prezident İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Elmar Rüstəm oğlu Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

24saat.org xəbər verir ki, 3 İyul 20.30 radələrində Gəncə şəhər İcra Hakimiyyətinin binasının qarşısında Elmar Vəliyevə tapançadan atəş açılıb. Hadisə nəticəsində İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazovun xəsarət alıb.

E.Vəliyev hazırda xarici ölkədə müalicə alır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button