Qarabağ Komitəsi bir günə üç tədbir müəyyən etdi

Qarabağ Komitəsinin bugünkü iclasında avqustun 23-də Füzuli və Cəbrayılın işğalının 25-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərə dair müzakirələr olub. Xural.com xəbər verir ki, Komitə üzvləri Mirmahmud Mirəlioğıu, Əvəz Zeynallı, Tural Abbaslı, Akif Nağı, Sahib Musayev, Akif Heydərli, Valeh Qaramanlı, Nazim Tapdıqoğlu, İlqar Əli, Şakir Abbas, Razim Əmiraslanlı və digərləri çıxış edərək təkliflərini bildiriblər. Qəbul olunmuş qərarda həmin gün Şəhidlər Xiyabanının ziyarət olunması, Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycana səfəri gözlənilən Almaniya kansleri Angela Merkelə müraciətlər edilməsi nəzərdə tutulub. Qarabağ Komitəsinin üzvü, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı mətbuat üçün açıqlamasında bildirib: “Artıq rayonların işğalının 25 illiyi qeyd olunur. Bu, çox böyük bir müddətdir. Torpaqlarımızın işğalından çox böyük vaxt keçir. Bu rüsvayçılığa, rəzalətə artıq dözmək olmaz. Hakimiyyət təcili və təxirəsalınmaz addımlar atmalıdır. Biz hakimiyyətdən ləngimədən real addımlar atmasını, beynəlxalq təşkilatlardan, aparıcı dövlətlərdən Ermənistana qarşı sərt qərar və hərəkətlər tələb edirik”.

 

   

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button