Apellyasiya Məhkəməsi Əziz Orucov barəsində hökmü qüvvədə saxladı

Bu gün Apellyasiya Məhkəməsi “Kanal 13” İnternet televiziyasının icraçı direktoru Əziz Orucovun barəsində hökmdən şikayəti təmin etməyib.

İclas hakim Əmir Bayramovun sədrliyi ilə keçirilib.

Vəkil Cavad Cavadov 2016-cı ilin yayında qəbul edilmiş CM-nin 192-ci maddəsinin (qanunsuz sahibkarklıq) yeni redaksiyasının şərhi ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini xahiş edib.

Müdafiə tərəfi Qafqaz Media Araşdırmaları Mərkəzi QHT-nin fəaliyyətinin maliyyə yoxlanışı haqqında aktı imzalayan ekspertlərin məhkəməyə çağırılması barədə də vəsatət qaldırıb.

Ancaq məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

Ə.Orucov 2017-ci il mayın 2-də polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. Bu müddət başa çatdıqdan sonra CM-nin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. 6 il azadlıqdan məhrum edilib.(virtualaz.org)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button