Hüseyn Abdullayevdən növbədənkənar seçkilərə reaksiya

Almaniyada yaşayan siyasi mühacir, bu il keçiriləcək prezident seçkilərində namizədliyini açıqlayan Hüseyn Abdullayev növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərara facebook səhifəsində münasibət bildirib. Xural.com yazını təqdim edir:

 

Qorxudan doğulan əcaib təlaş

Bəli, dostlar!
Bildiyiniz kimi ”dövlət başçısı” İlham Əliyev növbəti siyasi avantüraya imza ataraq, seçkinin vaxtını dəyişdi. Və inanın ki, onun budəfəki qərarının heç bir kaprizlə və keyfinin istəməsi ilə əlaqəsi yoxdur. Sadəcə, həm o, həm də kriminal ətrafı fərqindədir ki, ölkədə inqilabi şərait yetişib və günü- gündən dərinləşməkdə olan dərin iqtisadi böhran sosial partlayışla nəticələnə bilər.

Eyni zamanda heç bir zərurət olmadığı halda seçkiləri oktyabr ayından aprelə keçirməkdə əsas məqsəd namizədlərə əngəl törətmək və onların bu seçkidə iştirakını mümkünsüz etməkdir. Deməli, faktiki olaraq, namizədə ayrılan 2 ay müddətində nə imza toplamaq, nə də gərəkən lazımi təbliğatı aparmaq qeyri-mümkündür. Hətta fiziki cəhətdən belə.

Lakin bu, qətiyyən o anlama gəlməsin ki, biz ruhdan düşməliyik və ümidsizliyə qapanıb öz mübarizəmizi dayandırmalıyıq. Qətiyyən yox. Tam əksinə, bizlər bu hakimiyyətin acığına daha da prinsipial, daha da yorulmaz müqavimətimizi göstərib, quldur rejiminin sonuna çıxmalıyıq. Heç kim unutmasın: Hakimiyyət bir gəmiyə, millət isə böyük bir dənizə bənzər. Həmin gəminin öz yoluna davam etməsinə imkan yaratmaq da dənizin əlində, onu batırmaq da.

Mən hər şərdə bir xeyirin olduğuna inanan birisiyəm. Və ümid ədirəm ki, diktatorun bu qərarı Azərbaycan xalqının qəti addım atmasına və “yetər bələ yaşamaq olmaz!” deməsinə təkan verəcək. Qeyri-legitim prezidentə “dur!” deməyin vaxtıdır. Mən bir daha təkrar ədirəm, əgər bizlər tezliklə meydanlara toplaşmasaq və milli birliyimizi ortaya qoyub hazırkı iqtidarı dəyişməsək, heç bir azad, şəffaf və demokratik seçkilərin keçirilməsinə nail olmayacağıq.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button