Vaşinqton Ermənistan və Azərbaycanı danışıqlara dönməyə çağırır

 DD

ABŞ Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə dönməyə çağırır.

Report.az xəbər verir ki, bunu çərşənbə axşamı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib.

“Hər iki hökumət ATƏT çərçivəsində Minsk prosesinə qayıtmalı və danışıqlar masası arxasına əyləşməlidir”, — deyə o bildirib.

Brifinq zamanı jurnalistlər ABŞ dövlət katibi Con Kerrinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bu yaxınlarda baş tutan söhbəti zamanı Moskvanı proses iştirakçılarına öz təsirini göstərməyə çağırıb-çağırmaması ilə maraqlanıblar.

Toner cavabında bildirib ki, “Rusiya ATƏT-in Minsk qrupunun üzvüdür və biz daima onunla məsləhətləşirik və danışıqların bütün iştirakçılarını vəziyyətə təsir etməyə çağırırıq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button