General Vilayət Eyvazov Daxili İşlər nazirinin birinci müavini təyin edildi

eyvazov-60

Azərbaycan daxili işlər nazirinin birinci müavini postuna təyinat olub.

Xural.com-un apa.az-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyevin martın 11-də imzaladığı sərəncamla polis general-leytenantı Vilayət Eyvazov Daxili İşlər nazirinin birinci müavini təyin edilib. DİN-dən məlumatı təsdiqləyiblər.

V.Eyvazov buna qədər Daxili İşlər nazirinin əməliyyat işləri üzrə müavini olub.

Qeyd edək ki, bir neçə gün əvvəl Daxili İşlər nazirinin birinci müavini postu yaradılıb.

Bu, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanında əksini tapıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button