Yeni parlamentin tərkibi bəlli oldu – Tam siyahı

Yeni parlamentin tərkibi bəlli oldu - Siyahı

Azərbaycanda daha bir seçki dönəmi arxada qaldı; Aparıcı müxalifətdən Milli Məclisə heç kim buraxılmadı; hakim partiya və MSK prosesin şəffaf, qanunauyğun keçdiyini iddia edir; müstəqil və müxalifyönlü namizədlər isə əksini deyir; Qərb və MDB müşahidəçilərinin seçkini ilkin qiymətləndirməsi üst-üstə düşdü…

 
 
Noyabrın 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçirildi. Seçki prosesini izləyən yerli müşahidəçilərin və deputatlığa namizədlərin verdikləri məlumatlardan belə aydın olur ki, yenə də seçkilər ənənəvi metodlarla reallaşıb…
Ölkə üzrə bütün seçki məntəqələrində səsvermə saat 8-də başlayıb və axşam saat 19-dək davam edib. Seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparıb.
Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir…
***
Dünən baş tutan seçkilərdə prezident İlham Əliyev 29 saylı seçki dairəsinin 6 saylı məntəqəsində səs verib. İ.Əliyev səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəlib.
 
 
Birinci ledi Mehriban Əliyeva və prezidentin ailə üzvləri də səs veriblər.
Məntəqə seçki komissiyasının sədri Rüfət Həsənov ilk dəfə səs verməsi münasibətilə ölkə başçısının oğlu Heydər Əliyevi Mərkəzi Seçki Komissiyasının adından təbrik edib.
***
Gün ərzində tanınmış şəxslərin namizəd olduğu dairələrdə seçkinin gedişi ilə bağlı məlumatlar davamlı olaraq gəlməyə başlayıb.
Səsvermə başlayandan az sonra 63 saylı Sabirabad seçki dairəsində seçki başlamadan pozuntulara cəhdlər edilib. Musavat.com-un Sabirabada ezam olunmuş müxbirinin verdiyi məlumata görə, namizəd Pənah Hüseynə səhər tezdən seçki məntəqələrindən şikayətlər gəlib. Belə ki, əksər məntəqələrdə sədrlər seçki bülletenlərini başqa otaqda seyfdə saxlayıblar. Həmçinin bəzi məntəqələrdə bülletenlər sayılmayıb. Üstəlik, bir sıra məntəqələrdə seçki başlamadan kənar şəxslər olub.
YAP-ın rayon təşkilatının sədri Nadir Quliyev 13-cü məntəqədə bir qrup şəxsi öyrədərək qarışıqlıq yaratmağa cəhd edib. Bir neçə nəfər P.Hüseynə hücum çəkib və polis də bunu seyr edib.
***
Aysel Əlizadənin nümayəndəsini məntəqədən çıxarmaq istədilər - VİDEO  <a class='popupgallerylink' href=
8 saylı Binəqədi seçki dairəsinin 13 saylı məntəqəsində də qarşıdurma yaşanıb. Buna səbəb isə deputatlığa namizəd Aysel Alim qızı Əlizadənin nümayəndəsinin oradan çıxarılması cəhdləri olub. 
Musavat.com xəbər verir ki, məntəqəyə Aysel Əlizadə özü gəlib və onun müşahidəçisini nə üçün oradan çıxarmaq istədiklərini soruşub.
Deputatlığa namizədin müşahidəçisi iddia edir ki, seçki qutusuna topa ilə bülleten atılıb və o, buna şahid olub. Çəkiliş aparmaq istəsə də, ona mane törədilib. Onu məntəqədən çıxarmaq istəmələrinin də səbəbi budur.
Məntəqənin qapısında polis əməkdaşları da dayanıb. Bunu seçicilərə təzyiq kimi qiymətləndirən Aysel Əlizadə onlara irad bildirib. Bundan sonra polislər ərazidən uzaqlaşıblar.
Əlizadə Aysel Alim qızının 23 saylı məntəqədə olan müşahidəçisi də seçki qutusuna topa ilə bülleten atıldığını və bunu protokollaşdırdığını deyib: “Gözümün qabağında məntəqə üzvü topa ilə bülleteni qutuya atdı”.
Müxbirimiz deyib ki, bu dairədə müşahidə apardığı 17, 19 və 21 saylı seçki məntəqələrində “karusel əməliyyatı”nın şahidi olub: “Lakin normal seçki gedən, qanun pozuntularına rast gəlmədiyimiz məntəqələr də oldu. Misal üçün 9, 25, 20, 18 saylı məntəqələrdə heç bir problem və şikayətlə qarşılaşmadıq”.
Deputatlığa namizəd Azay Quliyevin seçki qərargahından daxil olan məlumatda isə bu iddialar təkzib edilib: “8 saylı Binəqədi birinci seçki dairəsində bəzi namizədlərin yaratdığı təxribat qrupunun gözlənilən qanunazidd əməlləri haqqında Azay Quliyevin seçki qərargahına daxil olmuş məlumatlar özünü doğrultmaqdadır.
Belə ki, məlum təxribat qrupu heç bir fakta əsaslanmadan, guya dairə ərazisində seçicilərin “karusel” üsulu ilə məntəqələrə gətirilərək Azay Quliyevə səs verdirilməsi, seçki bülletenlərinin topa şəklində qutulara atılması haqqında sosial şəbəkələr və bəzi media qurumları vasitəsilə yalan məlumatlar yayıblar. Tərəfimizdən aparılmış operativ araşdırmalar nəticəsində məlum olub ki, 8 saylı Binəqədi birinci seçki dairəsinin heç bir məntəqəsində “karusel” əməliyyatı baş verməyib. Bu iddialarla bağlı media və sosial şəbəkələrdə yayılan xəbərlərdəki fotoşəkillər də heç bir qanun pozuntusunu əks etdirmir. Fotoşəkillərin bir çoxunun isə 8 saylı Binəqədi  birinci seçki dairəsinə, ümumiyyətlə, aidiyyəti yoxdur.


İqbal Ağazadənin seçicisi seçki məntəqəsində aldadıldı

 
Ümid Partiyasının sədri İqbal Ağazadənin deputatlığa namizəd olduğu 35 saylı Xətai üçüncü seçki dairəsində də pozuntular qeydə alınıb. 5 saylı seçki məntəqəsində mübahisə yaşanıb. Reyhan Nadirova adlı seçicinin səsvermə hüququ olduğu halda seçki komissiyası tərəfindən ona səs verməsinin mümkün olmadığını bildiriblər.
Seçici Reyhan Nadirova ilə komissiya üzvləri arasına uzun sürən mübahisə ətrafdakı seçicilərə mane olub. Bu zaman komissiya sədri seçicini aldadaraq saxta səsvermə keçirib. Exit-poll keçirilən qutunu gətirdərək ona səsvermə qutusu kimi təqdim edib. Seçici qutunun həqiqi olduğunu zənn edib səs verib.
Bu yolla yaşlı seçicini səs verdiyinə inandırıblar. Seçici müşahidəçilərin gözü önündə namizəd iqbal Ağazadəyə səs verib…

Həmid Herisçi polisə aparıldı

İlhamiyyə Rzayevanın namizəd olduğu 17 saylı Yasamal seçki dairəsində də vəziyyət ürəkaçan olmayıb. Buradan deputatlığa namizəd vəkili və müşahidəçisi Həmid Herisçi polisə aparılıb. Müşahidəçilər iddia edir ki, 17 saylı seçki məntəqəsində seçki saxtakarlığına yol verilib.
85 saylı seçki dairəsindən deputatlığa namizəd Ləman Süleymanovanın nümayəndələri də seçki pozuntuları müşahidə etdiklərini bildiriblər. Onlar hətta 15 yaşlı uşağın da seçkidə səs verməyə gətirildiyini bildiriblər, buna dair foto təqdim ediblər.
32 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizəd Mehriban Zeynalovanın seçki qərargahının yaydığı məlumatda da səsvermənin gedişində kütləvi saxtakarlıqlar edildiyi, “karusel” əməliyyatı həyata keçirildiyi bildirilir.
“79 saylı İmişli seçki dairəsinin 14 saylı məntəqəsində Dairə Seçki Komissiyasının sədrinin oğlu işarələnmiş 24 saxta bülleteni Əsabil Qasımovun xeyrinə seçki qutusuna atarkən müşahidəçilərimiz tərəfindən yaxalandı”.
Bu barədə 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd, Müsavat Məclisinin üzvü İltizam Əkbərli musavat.com-a məlumat verib.
O, digər məntəqələrdə də belə halların olduğunu bildirib.
Ümumiyyətlə, dünən gün ərzində ölkə ərazisindəki dairə və məntəqələrdən seçki pozuntularına dair xeyli xəbərlər gəlib. Həmçinin bir çox məntəqələrdəki müşahidəçi və jurnalistlər seçki pozuntuları qeydə almadıqlarını da bildiriblər.
Yeri gəlmişkən, Müsavat Partiyasının boykot qərarından sonra seçkilərdən geri çəkildiyini bəyan edən namizədlərin də adları seçki bülletenində olub.
***
Seçki günü Azərbaycan prezidenti İlham Əliyev Malta parlamentinin spikeri Anqlu Farucanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İ.Əliyev Azərbaycanın Malta ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək istəyində olduğunu deyib.
Azərbaycanda keçirilən parlament seçkilərinə toxunan prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərildiyini, lakin həmin qurumun bu məsələni ATƏT Parlament Assambleyasının daimi komitəsində müzakirəyə çıxarmadan və ATƏT-in baş katibini məlumatlandırmadan öz mandatını kobud şəkildə pozaraq parlament seçkilərini müşahidə etməmək barədə qərar qəbul etdikləri bildirib.
Prezident İlham Əliyev: “Seçki prosesinin maksimum şəffaf keçirilməsi üçün mühüm islahatlar aparmışıq”
Dünən İlham Əliyev Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovu da qəbul edib.
APA-nın məlumatına görə, İ.Umaxanov Azərbaycanda parlament seçkilərinin mükəmməl və ən yüksək beynəlxalq standartlara uyğun şəkildə təşkil olunması münasibətilə dövlət başçısını təbrik edib.
On beş seçki məntəqəsində apardıqları müşahidələr zamanı seçicilərin çox yaxşı əhvali-ruhiyyəsinin şahidi olduqlarını vurğulayan İ.Umaxanov seçkilərin gedişini izləməkdən ötrü müxtəlif siyasi partiyalar və beynəlxalq müşahidəçilər üçün bütün lazımi imkanların yaradıldığını qeyd edib. O, həmçinin xarici ölkələrdən gəlmiş həmkarları ilə seçki prosesinin təşkili sahəsində Azərbaycanın təcrübəsindən istifadə edilməsi barədə fikir mübadiləsi apardıqlarını da bildirib.
Dövlət başçısı İ.Umaxanovun başçılıq etdiyi missiyanın Azərbaycanda seçkilərin gedişini izləmək üçün fəal şəkildə iştirak etməsindən məmnunluğunu ifadə edib. Beynəlxalq müşahidəçilərin bütün seçki məntəqələrində müşahidələr aparmaları üçün ölkədə lazımi şəraitin yaradıldığını vurğulayan prezident İlham Əliyev Azərbaycanda seçki prosesinin maksimum şəffaf, keyfiyyətli və ən yüksək standartlara cavab verməsi üçün mühüm islahatların aparıldığını deyib. Dövlət başçısı beynəlxalq müşahidəçilərdən ibarət böyük nümayəndə heyətlərinin, beynəlxalq təşkilatların, minlərlə yerli müşahidəçinin seçki prosesini izlədiyini, “exit-poll”arın keçirildiyini, seçki məntəqələrində veb-kameraların quraşdırıldığını vurğulayaraq seçkinin daha mükəmməl şəkildə həyata keçirilməsi üçün böyük işlər görüldüyünü bildirib.
“Seçkinin yaxşı getdiyini müşahidə etdik”. APA-nın məlumatına görə, bunu Fransa Milli Assambleyasının deputatı Tyeri Marianni deyib. O, məntəqələrdə çoxsaylı müşahidəçilərin olduğunu söyləyib. Milli Assambleyanın deputatı, Fransa-Azərbaycan dostluq qrupunun sədri Mişel Vuezan isə indiyədək Bakıya 10 dəfə səfər etdiyini bildirib: “Hər bir səfərdə öncəki səfərlə müqayisədə inkişafın şahidi olmuşuq”.
“Azərbaycanda hamının məmnuniyyətlə seçkidə iştirak etdiyi müşahidə olunur”. Bunu isə Azərbaycanda parlament seçkilərini müşahidə edən amerikalı Kristofer Bado deyib.
O, seçki prosesinin yaxşı təşkil olunduğunu qeyd edib: “Seçki qutularının mühafizəsi yaxşı təşkil edilib, qeydiyyat-yoxlama prosesi təkrar səsvermənin qarşısını almaq üçün effektivdir. Seçicilərin bəzi yerlərdə nisbətən az, bəzi yerlərdə nisbətən çox iştirak etdiyini müşahidə etdik. Ümumiyyətlə isə, seçicilərin məntəqələrə davamlı gəldiyi hiss olunur”.
K. Bado 2013-cü ildə prezident seçkilərində də müşahidəçi kimi iştirak etdiyini bildirib.
“İlk dəfədir müşahidəçi qismində seçkidə iştirak edirəm. Müşahidə etdiyim müddətdə gördüm ki, siz seçkilərə çox yaxşı hazırlaşmısınız”.
 
APA-nın şimal bürosunun xəbərinə görə, bu sözləri də almaniyalı müşahidəçi Kristof Edvard deyib. O, Quba və Qusar rayonlarında 11 məntəqədə müşahidə apardıqlarını söyləyib:
 “Bütün məntəqələrdə xoş qarşılandıq. Bütün suallarımıza çox dəqiqliklə cavab verdilər”.
K.Edvard qeyd edib ki, müşahidə etdiyi məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlməyib.
“Bu, mənim Azərbaycanda indiyə kimi izlədiyim ən yaxşı seçkidir”.
APA-nın məlumatına görə, bu sözləri Böyük Britaniyanın sabiq parlament üzvü Maykl Hankok deyib. O, müşahidə prosesinə yaxından bələd olduğunu bildirib…
***
“Azərbaycanda seçkilər baş tutub”. APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, seçicilərin 55, 7 faizi səs verib və seçkilər baş tutmuş sayılır.
 R.Gülmməmmədov qeyd edib ki, Naxçıvanda 7 seçki dairəsi üzrə seçici fəallığı 76,4 faiz, Bakıdakı dairələr üzrə seçici fəallığı 51,4 faiz, digər 89 rayon üzrə seçici fəallığı 55,7 faiz olub.
Qeyd edək ki, ölkə üzrə ümumi seçicilərin sayı 5 milyon 198 min 658 nəfərdir.
***
“Sosial şəbəkələrdə seçki pozuntuları ilə bağlı yayılan videogörüntülər düşünürəm ki, ciddi araşdırılacaq”.
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.
O, qeyd edib ki, Mərkəzi Seçki Komissiyası bu faktları araşdırmalı, həqiqətən burda pozuntu aşkar edilərsə, ölçü götürməlidir: “Onu da deyə bilərəm ki, bu, rəqiblərimizin bizə qarşı düzəltdiyi görüntülər də ola bilər. Çünki Azərbaycanda ”Exit-poll”un ilkin nəticələrinə və öz müşahidəçilərimizin də bizə verdiyi məlumatlara görə, seçki olduqca şəffaf keçib, ciddi pozuntu qeydə alınmayıb. Hətta sosial şəbəkələrdə təqdim olunan görüntülərin özü də elə böyük miqyasda pozuntular deyil. Bütün hallarda belə faktlar varsa, araşdırılıb ölçü götürülməlidir”.
Əli Əhmədov: “Seçkilər demokratik prinsiplərə uyğun keçirilib”
Ə.Əhmədov deyib ki, YAP seçkiyə 117 namizədlə qatılsa da, sonradan 2 nəfər namizədliyini geri görüb və 115 nəfərlə seçkidə iştirak edib: “Biz hesab edirik ki, Yeni Azərbaycan Partiyasının seçkidə böyük nəticə ilə qələbə qazanmaq şansı çoxdur. Biz 2010-cu ildəki seçkilərdə 71 yer əldə etmişdik. Güman edirəm ki, bu il də o qədər yer əldə edə bilərik. Bunun üçün əsaslar var. Çünki partiyamızın sədri cənab prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan son illər dinamik inkişaf edib. Azərbaycan xalqının sosial rifahı gündən-günə artır. Bu da onu göstərir ki, xalqın bizim partiyaya etimadı güclüdür”.
 Ə. Əhmədov onu bildirib ki, YAP yenə də parlamentdə ən çox yerə sahib olan partiya mövqeyini qoruyacaq.
***
Dünən günün sonunda “ELS” Müstəqil Araşdırmalar Mərkəzi parlament seçkilərində keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb.
 
Mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, “exit-poll” 118 seçki dairəsi üzrə 1180 məntəqədə keçirilib. O qeyd edib ki, prosesə 200-ə yaxın əməkdaş cəlb olunub.
İ. Yaqubova dairələr üzrə ilkin nəticələri açıqlayıb:
(Naxçıvana aid olan dairələr siyahıda göstərilmir-red.) 
8 saylı Binəqədi  – Azay Quliyev 63,1 %
9 saylı Binəqədi II –  Kəmaləddin Qafarov 62,7%
10 saylı Binəqədi III – Madər Musayev 75,4 %
11 saylı Qaradağ- Aydın Hüseynov 62,4%
12 saylı Qaradağ-Binəqədi-Yasamal- Mixail Zabelin 67, 6 %
13 saylı Xəzər – Pirallahı – Rauf Əliyev 74, 4 %
14 saylı Xəzər – Mehriban Əliyeva 96, 7 %
15 saylı Yasama l I – Ülvi Quliyev 53,1 %
16 saylı Yasamal II – Aytən Mustafayeva 50,9 %
17 saylı Yasamal III – Elşad Həsənov 52,4 %
18 saylı Nərimanov-Nizami – Rasim Musabəyov 55,3 %
19 saylı Nərimanov I – Hikmət Məmmədov 49,8 %
20 saylı Nərimanov II – Adil Əliyev 59,9 %
21 saylı Nəsimi I – Məlahət İbrahimqızı 69,3 %
22 saylı Nəsimi II – Asim Mollazadə  56,7 %
23 saylı Nəsimi-Səbail – Ziyad Səmədzadə 74,1 %
24 saylı Nizami I – Rövnəq Abdullayev 76,9 %
25 saylı Nizami II- Sədaqət Vəliyeva 66,6 %
26 saylı Sabunçu I – Fazil Mustafa 51,4 %
27 saylı Sabunçu II – Dilarə Cəbrayılova 64,9 %
28 saylı Sabunçu III – Eldar Quliyev 56,1 %
29 saylı Səbail – Şəmsəddin Hacıyev 63,1 %
30 saylı Suraxanı I – Sevinc Fətəliyeva 67,9%
31 saylı Suraxanı II – Fərəc Quliyev 39,1%
32 saylı Suraxanı II – Ağacan Əbiyev 71,9%
33 saylı Xətai I – Hüseynbala Mirələmov 68,7%
34 saylı Xətai II – Fuad Muradov 64,6 %
35 saylı Xətai III – Araz Əlizadə 44,4 %
32 saylı Suraxanı II – Ağacan Əbiyev 71,9%
33 saylı Xətai I – Hüseynbala Mirələmov 68,7%
34 saylı Xətai II – Fuad Muradov 64,6 %
35 saylı Xətai III – Araz Əlizadə 44,4 % 
36 saylı Xətai IV – Səməd Seyidov 74,1 %
37 saylı Nizami I (Gəncə) – Pərvin Kərimzadə 59,9%
38 saylı Nizami II (Gəncə) – Naqif Həmzəyev 61,7%
39 saylı Kəpəz I (Gəncə)- Xanlar Fətiyev 60,1 %
40 saylı Kəpəz II (Gəncə) – Musa Quliyev 53,1 %
41 saylı Sumqayıt I – Mirzəcan Xəlilov 62,1%
42 saylı Sumqayıt II – Tahir Mirkişili 59,7%
43 saylı Sumqayıt III – Muxtar Babayev 65,3%
44 saylı Sumqayıt-Xızı – Hacı Salayev 64,9%
45 saylı Abşeron- Oqtay Əsədov 70,1%
46 saylı Şirvan – Rafael Cəbrayılov 63,5 %
47 saylı Mingəçevir – Aydın Mirzəzadə 56,1%
48 saylı Yevlax – İlham Məmmədov 65,9%
49 saylı Yevlax-Mingəçevir – Əli Hüseynli 69,1%
50 saylı Abşeron-Qobustan – Zeynəb Xanlarova 66,1%
51 saylı Qusar – Azər Badamov 59,9
52 saylı Quba – Vahid Əhmədov 53,7
53 saylı Quba-Qusar — Yevda Abramov 62,5%
54 saylı Şabran-Siyəzən – Tahir Süleymanov 74,5%
55 saylı Xaçmaz şəhər – Eldəniz Səlimov 67,1%
56 saylı Xaçmaz kənd – İlham Əliyev 65,5 % 
57 saylı Kürdəmir – Müslüm Məmmədov 61, 7 %
58 saylı Hacıqabul-Kürdəmir – Rafael Hüseynov 56,6 %
59 saylı Salyan – Əliağa Hüseynov 71,4 %
60 saylı Salyan-Neftçala – Fəzail Ağamalı 67,7 %
61 saylı Neftçala – Arif Rəhimzadə 71,5 %
62 saylı Saatlı – Əflatun Amaşov 67,4 %
63 saylı Sabirabad I – Elçin Quliyev 66,1 %
64 saylı Sabirabad II – Rüstəm Xəlilov 61,3 %
65 saylı Saatlı-Sabirabad-Kürdəmir – Əhliman Əmiraslanov 72, 7%
66 saylı Biləsuvar – Xanhüseyn Kazımlı 66,9%
67 saylı Cəlilabad şəhər – Malik Həsənov 66,9 %
68 saylı Cəlilabad kənd – Mirkazım Kazımov 84,9 %
69 saylı Cəlilabad-Masallı-Biləsuvar- Fəzail İbrahimli 67,3 %
70 saylı Masallı şəhər – Nəriman Əliyev 65,4 %
71 saylı Masallı kənd – Elmira Axundova 62, 2%
72 saylı Yardımlı-Masallı – Musa Qasımlı 59,9%
73 saylı Lənkəran şəhər – Rüfət Quliyev 63,1
74 saylı Lənkəran kənd – Hadı Rəcəbli 67,8%
75 saylı Lənkəran-Masallı – Cavanşir Paşazadə 69,9%
76 saylı Lənkəran-Astara – Ziyafət Əsgərov 73,1 %
77 saylı Astara – Rəşad Mahmudov 66,7 % 
78 saylı Lerik – İqbal Məmmədov 67,6%
79 saylı İmişli – Əsabil Qasımov 73,3%
80 saylı İmişli-Beyləqan – Çingiz Qənizadə 63,1%
81 saylı Beyləqan – Şahin İsmayılov 58,7%
82 saylı Ağcabədi – Tahir Rzayev 60,7%
83 saylı Ağcabədi-Füzuli- Aqil Abbas 62,9%
84 saylı Füzuli – Bahar Muradova 71,2%
85 saylı Şamaxı – Elxan Süleymanov 66,7 %
86 saylı İsmayıllı – Novruzəli Aslanov 67,1 %
87 saylı Ağsu-İsmayıllı – Tahir Kərimli 67,2 %
88 saylı Göyçay – Sabir Hacıyev 56,7 %
89 saylı Göyçay-Ağdaş –  Elman Nəsirov 58,1 %
90 saylı Ağdaş – Çingiz Əsədullayev 50,4%
91 saylı Ucar – Vüsal Hüseynov 59,9%
92 saylı Zərdab-Ucar – Jalə Əliyeva 52,7%
93 saylı Bərdə şəhər – Gövhər Baxşəliyeva 69,9%
94 saylı Bərdə kənd – Zahid Oruc 68,2 %
95 saylı Tərtər – Sahib Alıyev 62,8%
96 saylı Goranboy-Naftalan – Mahir Aslanov 65,4%
97 saylı Goranboy-Ağdam-Tərtər – Ağalar Vəliyev 72,7%
98 saylı Şəmkir şəhər – Sahibə Qafarova 76,1%
99 saylı Şəmkir kənd – Sona Əliyeva 73,4 %
100 saylı Şəmkir-Daşkəsən – Kamran Bayramov 66,4%
101 saylı Göygöl-Daşkəsən – Rövşən Rzayev 66,7%
102 saylı Samux-Şəmkir – Valeh Ələsgərov 72,1%
103 saylı Gədəbəy – Sevinc Hüseynova 74,4 %
104 saylı Gədəbəy-Tovuz – Rafiq Məmmədhəsənov 66,7%
105 saylı Tovuz – Qənirə Paşayeva 61,8%
106 saylı Tovuz-Qazax-Ağstafa – Ülviyyə Ağayeva 58,1%
107 saylı Qazax – Kamran Nəbizadə 62,2%
108 saylı Ağstafa – Nizami Cəfərov 73,1% 
109 saylı Balakən – Nəsib Məhəməliyev 67,1%
110 saylı Zaqatala – Elşən Musayev 54,5%
111 saylı Zaqatala-Balakən – Kamilə Əliyeva 48,7%
112 saylı Qax – Azər Kərimli 53,7%
113 saylı Şəki şəhər – Yaqub Mahmudov 56,1%
114 saylı Şəki kənd I – Əli Məsimli 48,8 %
115 saylı Şəki kənd II – Cavanşir Feyziyev 59,7 %
116 saylı Qəbələ – Fəttah Heydərov 82,2 %
117 saylı Oğuz-Qəbələ – Aqiyə Naxçıvanlı 73,9%
118 saylı Ağdam şəhər – Bəxtiyar Əliyev 62,1%
119 saylı Ağdam kənd – Bəxtiyar Sadıqov  66,1 %
120 saylı Cəbrayıl-Qubadlı – Astan Şahverdiyev 64,3 %
121 saylı Laçın – Mahir Abbaszadə 60,9 %
122 saylı Xankəndi – Flora Qasımova 53,9%
123 saylı Kəlbəcər – Cavid Qurbanov 78,8%
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd – Elman Məmmədov 66,1%
125 saylı Zəngilan-Qubadlı – İmamverdi İsmayılov 62,7%

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button