
Bakının məşhur ticarət mərkəzi tüstü-duman içində
Bu dəqiqələrdə Sumqayıt yolunda yerləşən “Əl Riyad” ticarət mərkəzi tüstü-dumana bürünüb
Ətrafında olan quru ot yanmağa başlayıb
xural.org milli.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti hadisə ilə əlaqədar məlumat verib: “Həmin ərazidə yanğın olsa da, ticarət mərkəzində deyil, “Əl Riyad”ın ətrafında quru ot yanır. Hazırda yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar”.
Hadisə şahidləri bildirdi ki, ota yanğın zibillikdən keçib. Zibilliyə od vurulub və yanğın ota keçib, sonra isə qısa zamanda ətrafa yayılıb.



