Bu il Antalya jurnalistlərə baha başa gəldi

загруженное (2)01.07.2013

“Azercell”in sponsorluğu ilə Antalyaya dincəlməyə gedən baş redaktorlar dərin həyacan keçirməli olublar.

Azərbaycanlı jurnalistlərin də olduğu “Turkish Airlines” aviaşirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib. Hazırda təyyarə texniki baxışdan keçirilir. Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Bakıdan Antalyaya istiqamət alan təyyarə havada bir saata yaxın dövrə vurduqdan sonra yenidən hava limanına qayıdıb. İlkin məlumata görə, təyyarənin qapısının normal bağlanmaması səbəbindən salonun hermetikliyi pozulub.

Artıq təyyarədə baş verən nasazlıq aradan qaldırılıb və təyyarə Heydər Əliyev Hava Limanından Antaliyaya yola düşüb.

Qeyd edək ki, təyyarədə jurnalist Aqil Abbas, Rəşad Məcid, Qabil Abbasoğlu, İradə Tuncay, Yunus Oğuz və digər media rəhbərləri ilə yanaşı “Qəbələ” futbol klubunun üzvləri də olub.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button