
MANAF AĞAYEVİ POLİSƏ NİYƏ DƏVƏT EDİBLƏR?
"Əliyə kimsə zəng edibsə, bunu mən bilmirəm!

Son zamanlar Manşet.az xəbər portalının baş redaktoru Əli Vəliyevlə sosial mediada mübahisələri yayılan müğənni Manaf Ağayevin polisə aparılması barədə məlumat yayılıb.
Xural.org gununsesiinfo-ya istinadən xəbər verir ki, yayılan məlumatlarda buna səbəb kimi kriminal aləmin nümayəndəsi kimi özünü təqdim edən şəxsin jurnalisti hədələməsi olub.
Məsələ ilə bağlı saytın əməkdaşı Manaf Ağayevlə əlaqə saxlayıb.
Müğənni bildirib ki, onu Nərimanov Rayon Polis İdarəsinə dəvət ediblər:
”Məni saxlamayıblar. Zənglə dəvət ediblər, mən də gəlmişəm. Əliyə kimsə zəng edibsə, bunu mən bilmirəm. Deyirlər ki, guya balaca qardaşımdı. Evimizdə kiçik qardaş mənəm. Araşdırırlar, mən də çıxıram”.



