“ARZUM”UN VƏKİLİ DANIŞDI

Qərar hələ qüvvəyə minməyib...

“Məhkəmə yekun qərarı qəbul edib, lakin bu qərar hələ qüvvəyə minməyib. Cinayət Prosessual Məcəlləsinə əsasən, qərar həbsdə olan şəxsə təqdim olunduğu andan etibarən o, 20 gün müddətində apellyasiya şikayəti verə bilər”.
Xural.org xəbər verir ki, bu sözləri bakupost.az-a vəkil Vamiq Şükürov “Arzum 9999” ləqəbli bloger İlduzə Hacıyevanın həbsi bağlı danışarkən deyib.
Vəkil bildirib ki, sosial şəbəkələrdə bu hadisə çox ciddi müzakirə olunub və müxtəlif mövqelər səsləndirilib:
“Onlardan biri də bu idi ki, vəfat etmiş sürücü yol hərəkəti qaydalarını pozub və hadisə əsasən bu pozuntu nəticəsində baş verib. Lakin bu məsələyə hüquqi qiyməti yalnız apellyasiya məhkəməsi verə bilər.
Vəkilin sözlərinə görə, cinayət işlərində tərəflər arasında çəkişmə prinsipi əsasdır:
“İttiham tərəfi və müdafiə tərəfi öz çıxışlarını edir, ekspertiza təyin edilir. Əlavə şahidlər çağırıla, ekspert rəylərinə etirazlar verilə, yeni ekspertlər dəvət oluna bilər. Bütün bu məsələlər sonda tərəflərin çəkişməsi və müzakirəsi nəticəsində hakimlər tərəfindən yekun qərarla qiymətləndirilir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button