DİQQƏT – BU ŞƏXSLƏRƏ YENİ MƏNZİLLƏR VERİLƏCƏK

Mənzillərin satın alınmasına 2.6 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılır

Azərbaycanın daha bir rayonunda əlilliyi müəyyən edilmiş bir qrup şəxsə və şəhid ailələrinə yeni mənzillər veriləcək.

Xural.org İqtisadiyyat.az-a istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi bununla bağlı müvafiq hazırlıq işlərinə başlayıb.
Həyata keçirilən tədbirlərin davamı olaraq sözügedən kateqoriyaya aid şəxslərə Yardımlı rayonunda 10 ədəd üçotaqlı, 18 ədəd ikiotaqlı və dörd ədəd birotaqlı mənzilin verilməsi nəzərdə tutulur.
Məlumata əsasən, əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə təqdim ediləcək həmin mənzillərin satın alınmasına təxminən 2.6 milyon manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button