DEPUTAT JURNALİSTİ HƏBS ETDİRİB

Eldar Quliyev jurnalist Fuad Hüseynovu həbs etdirib

Milli Məclisin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (“Azərittifaq”) sədri Eldar Quliyev jurnalist Fuad Hüseynovu həbs etdirib.

Xural.org xəbər verir ki, bu barədə Gununsesi.info-ya jurnalistin yaxınları bildirib.

Onların sözlərinə görə, Fuad Hüseynov xüsusi sifariş əsasında 15 sutka inzibati həbsə göndərilib.

Bildirilir ki, jurnalist “Azərittifaq”ın Ucardakı inzibati binasının satışı ilə bağlı araşdırma aparıb.

Məsələ ilə bağlı əməkdaşlar Eldar Quliyevin mövqeyini öyrənməyə çalışsalar da, o, telefon zənglərini cavabsız qoyub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button