ZIĞDAKI KÜTLƏVİ DAVA İLƏ BAĞLI 7 NƏFƏR SAXLANILIB

Hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib

Bakının Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində kütləvi dava olması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Xural.org gununsesi.info-ya istinadən xəbər verir ki, həmin görüntüləri tanınmış bloqer Saleh Nəsirov paylaşıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, baş vermiş insidentlə bağlı polisə müraciət daxil olub.

Müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib.

Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Hadisə iştirakçılarından 7 nəfər saxlanılıb. Fakta görə Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button