
GƏLƏN AY BAKIDA MÜHÜM TƏDBİR
Bu haqda Prezident İlham Əliyev deyib

Türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi iyun ayında Bakıda keçiriləcək.
Xural.org axar.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
“Əminəm ki, bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək”, – Prezident bildirib.



