YERMAK HƏBS EDİLDİ

Bu barədə Ukrayna mediası məlumat yayıb

Məhkəmə Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermaka qarşı həbs qətimkan tədbiri seçib.

Xural.org axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

“Eyni zamanda, o, 140 milyon qrivna girov müqabilində sərbəst buraxıla bilər. Əgər girov ödənsə, o, məhkəmənin icazəsi olmadan Kiyevdən kənara çıxa bilməyəcək və xaricə getməyə icazə verən sənədlərini təhvil verməli olacaq. Onun məhkəmə prosesində iştirak edən digər şəxslərlə əlaqə saxlaması da qadağandır”, – məlumatda deyilib.

Andrey Yermak Kiyev yaxınlığında elit tikinti layihəsi və həmin layihə üzərindən təxminən yarım milyard qrivnanın (10,5 milyon dollar) leqallaşdırılmasında ittiham olunaraq saxlanılmışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button