SAMİRƏ QASIMLININ MƏHKƏMƏSİ YASAMALDA OLACAQ

Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırov bu barədə qərar çıxarıb

Həbsdə olan politoloq Azər Qasımlının xanımı Samirə Qasımlının cinayət məsuliyyətinə cəlb edilməsi tələbiylə qaldırılmış iddia Yasamal Rayon Məhkəməsinə göndərilib.

Xural.org gununsesi.info-ya istinadən bildirir ki, mayın 1-də Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırov bu barədə qərar çıxarıb.

S.Qasımlının vəkili Aqil Layıc işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə ötən iclasda şifahi şəkildə qaldırdığı vəsatəti bu dəfə yazılı şəkildə təqdim edib.
Vəsatətini əsaslandıran vəkil vurğulayıb ki, S.Qasımlıya qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddiada onun Facebook hesabındakı paylaşımlarından bəhs olunur. Həmin yazıları da o, Yasamal rayonunda yerləşən evində yazıb və paylaşıb. Ona görə də şikayətə aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində baxılmalıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button