AZƏR QASIMLI “UMBAKI”YA KÖÇÜRÜLDÜ

Məhkəmə qərarı vahid məhkəmə portalına yüklənmədiyi halda...

12 il müddətinə azadlıqdan məhrum olunan Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı Umbakı kompleksinə köçürülüb.

Xural.org xəbər verir ki, bu barədə gununsesi.info-ya onun həyat yoldaşı Samirə Qasımlı məlumat verib. Onun sözlərinə görə, Azər Qasımlı barəsində çıxarılmış məhkəmə qərarı vahid məhkəmə portalına yüklənmədiyi halda belə bir qərar qəbul olunub.

O həyat yoldaşının hazırkı vəziyyətindən narahat qaldığını deyib.

Qeyd edək ki, A. Qasımlı 2024-cü ilin dekabrında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə — zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Azər Qasımlı bu ittihamı rədd edir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button