100 YAŞLI PROFESSORUMUZ ÖLDÜ

Professorun səhhətində ciddi problem olmayıb

Azərbaycanda tarix elmləri doktoru, əməkdar müəllim, professor Xəlil Süleyman oğlu Köçərli 100 yaşında vəfat edib.
Xural.org bakupost.az-a istinadən xəbər verir ki, Xəlil Köçərli 1925-ci ildə Gədəbəy rayonunda anadan olub. O, uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışaraq təxminən 50 il professor kimi fəaliyyət göstərib.
Alim Qarabağ tarixinə dair bir sıra elmi araşdırma və məqalələrin müəllifi olub. Son 10 ildə də elmi fəaliyyətini davam etdirərək müxtəlif tədqiqatlarla məşğul olub.
Məlumata görə, professorun səhhətində ciddi problem olmayıb və o, qəfil vəfat edib.
Qeyd edək ki, Xəlil Köçərli “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərlinin əmisi idi.
Allah rəhmət eləsin!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button