PAŞİNYAN RAHİM HACIYEVLƏ SELFİ ÇƏKDİRDİ

Fransanın Strasburq şəhərində...

Fransanın Strasburq şəhərində yaşayan azərbaycanlı jurnalist, “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanla selfi çəkib.

Xural.org yeni sabah-a istinadən xəbər verir ki, Rahim Hacıyev Paşinyanla şəklini sosial mediada “şəhərimizin qonaqlarından biri ilə selfi” şərhi yazaraq paylaşıb.
Qeyd edək ki, Nikol Paşinyan dünən Fransada səfərdə olub, Avropa Parlamentində çıxış edib.
Xatırladaq ki, “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev 2017-ci ildə Azərbaycanı tərk edib. O, ailəsi ilə birlikdə Fransaya köçüb.
“Azadlıq” qəzetinin çapı 2016-cı ilin noyabrından dayandırılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button