SEPAH İRAQ KÜRDÜSTANINI VURDU

"Məhv edəcəyik!"

Bu gün yerli vaxtla səhər saat 4:30-da İraq Kürdüstanındakı antiiran qrupların mövqeləri SEPAH-ın raket bölmələri tərəfindən üç yerdə vurulub.

Xural.org axar.az-a istinadən xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

“Əgər bölgədəki separatçı qruplar İranın ərazi bütövlüyünə qarşı hərəkətə keçərsə, biz onları məhv edəcəyik”, – bəyanatda bildirilib.

Qeyd edək ki, İraqdakı kürd silahlı qrupların İrana hücum edə biləcəyi haqda məlumatlar yayılmışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button