
UKRAYNA RUSİYANIN 5 GƏMİSİNİ VURDU
Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb

Martın 2-də Ukrayna PUA-larının hücumu nəticəsində Novorossiysk limanında Rusiyanın beş hərbi gəmisi vurulub.
Xural.org axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, vurulanlar arasında “Yeysk”, “Kasimov” və “Valentin Pikul” mina gəmiləri var.
Zərbələr nəticəsində ölən və yaralananların olduğu bildirilir.



