
“AZƏRBAYCAN VASİTƏSİLƏ İRANDAN ÇIXIN!”
Rusiya vətəndaşlarına xəbərdarlıq etdi

Rusiyanın İrandakı səfirliyi öz vətəndaşlarına müraciət edərək onlara Azərbaycan və Ermənistan ərazisi vasitəsilə ölkəni tərk etməyi tövsiyə edib.
Xural.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı diplomatik missiyasının yaydığı rəsmi bəyanatda deyilir.
Səfirlik bildirib ki, hazırda İrandan çıxmaq üçün ən optimal marşrutlar Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana, eləcə də “Nurduz”/”Aqarak” buraxılış məntəqəsi vasitəsilə Ermənistana keçməkdir. Diplomatik nümayəndəlik vətəndaşlarından hərəkət zamanı maksimum dərəcədə ehtiyatlı və sayıq olmalarını xahiş edib.
Qeyd edək ki, sözügedən xəbərdarlıq bu gün səhər saatlarında İsrail və ABŞ-nin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatdan sonra yaranmış gərgin vəziyyətlə əlaqədardır. Rusiya tərəfi artıq öz vətəndaşlarına hərbi və dövlət obyektlərindən uzaq durmağı, həmçinin imkan daxilində ölkəni tərk etməyi tapşırıb.



