EMİN İBRAHİMOVUN ŞİKAYƏTİ RƏDD EDİLDİ

Fevralın 25-də Ali Məhkəmədə keçirilən iclasda qərar elan olunub

7 il azadlıqdan məhrum edilən keçmiş diplomat Emin İbrahimov barəsində çıxarılmış hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Xural.org gununsesi.info-ya istinadən xəbər verir ki, fevralın 25-də Ali Məhkəmədə keçirilən iclasda qərar elan olunub. Məhkəmənin qərarına əsasən, Emin İbrahimovun kassasiya şikayəti təmin edilməyib və əvvəlki instansiyaların hökmü qüvvədə saxlanılıb.

Emin İbrahimov 2023-cü il iyulun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Emin İbrahimov 2023-cü ilin sentyabrında o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi (internet informasiya ehtiyatında yayılması qadağan edilən məlumatların yerləşdirilməsi) ilə 30 sutka inzibati həbs cəzası alıb. Keçmiş diplomat həmin vaxt qanun pozuntusuna yol vermədiyini, sosial şəbəkədə şəxsi fikirlərini ifadə etdiyinə görə cəzalandırıldığını bildirmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button