YENİ SƏDR KİMDİR?

Corciya Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb

Dövlət Statistika Komitəsinə sədr təyinatı olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə Azər İsmayıl oğlu Mursaqulov gətirilib.

Xural.org “qafqazinfo”-ya istinadən yeni sədrin dosyesini təqdim edir:

Azər Mursaqulov 1981-ci ildə anadan olub. O, 2003-cü ildə Türkiyənin Boğaziçi Univesitetindən məzun olub. ABŞ-nin Corciya Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2010-2012-ci illərdə Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun baş qərargahında fondun icraçı direktorunun müşaviri işləyib.

2012-2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2019-cu ildən indiyə qədər Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsini icra edib.

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvüdür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button