
“BÖYÜK SEVA” AĞIR ƏMƏLİYYATA ALINDI
Sevda Həsənova 1994-cü ildən ANS-də çalışır

Hər kəsin ANS telekanalından “Böyük Seva” kimi tanıdığı Sevda Həsənovanın sağlıq durumunda ciddi problem yaranıb.
Xural.org xəbər verir ki, yaxınlarının gununsesi.info-ya verdiyi məlumata görə, tanınmış jurnalist bu gün Bakı Neyrocərrahiyyə Mərkəzində beyin əməliyyatına alınıb.
Xatırladaq ki, Sevda Həsənova 1994-cü ildən ANS-də çalışır. Ötən illər ərzində o, ANS-də bir sıra vəzifələr tutub.
Həmkarımıza həyatın bu ağır sınağından sağlıqla çıxmasını arzu edirik və ona şəfa diləyirik.



