
“ATAM” DEDİYİ ADAMI BELƏ SATDI
Rasim Məmmədov Ramiz Mehdiyevin onun başına gətirdiklərindən şikayət edib...

Hazırda həbsdə olan “Baku Steel Company”nin sabiq sahibi Rasim Məmmədov Prezident İlham Əliyevə və DTX rəisi Əli Nağıyevə müraciət edib.
Xural.org gununsesi.info-ya istinadən xəbər verir ki, Rasim Məmmədov öz müraciətində PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin onun başına gətirdiyi hadisələrdən bəhs edib.
O bildirib ki, məhz Ramiz Mehdiyevin mövqeyinin güclü olduğu zamanlarda təzyiqlərə məruz qalıb və bu gün yaşadıqları da bunun nəticəsidir.
Rasim Məmmədov ölkə başçısından və DTX rəisindən onunla bağlı məsələnin yenidən araşdırılmasını, o cümlədən azadlığa buraxılmasına köməklik göstərilməsini xahiş edib.
Xatırladaq ki, Rasim Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsininin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Xural.org xatırladır ki, Rasim Məmmədov istintaqın yalançı vədlərinə inanaraq, Əvəz Zeynallı haqqında yalan ifadə verən və ailə üzvlərini Əvəz Zeynallının məhkəməsində yalan ifadə verən şahidlərə çevirən adamdır. Məhkəmədə Əvəz Zeynallının Ramiz Mehdiyev və Bəylər Əyyubov haqqında sualına “mən onlar haqqında elə deməmişəm, o, mənim vəkilimin uydurmasıdır” demişdi. Ancaq ondan əvvəl öz məhkəməsində “Ramiz Mehdiyevi və Bəylər Əyyubovu şahid kimi” məhkəməyə dəvət etmişdi. Əvəz Zeynallını Ramiz Mehdiyevin adı ilə şərləmişdi həm də. Ramiz Mehdiyevi özünün atası hesab edirdi. Amma indi…



