ERMƏNİSTANA 1.746 TON TAXIL GÖNDƏRİLDİ

İndiyə qədər 285 taxıl vaqonu ( 19.900 tona yaxın) taxıl göndərilib

Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 25 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Xural.org report-a istinadən xəbər verir ki, bu gün, 1 fevralda Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 1 746 ton olan 25 ədəd taxıl yüklü vaqon Ermənistana göndərilib.

Daha sonra qatar Gürcüstana keçəcək, oradan isə Ermənistanın Dalarik stansiyasına gedəcək.

Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu ( 19 900 tona yaxın) taxıl göndərilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button