ONKOLOJİ YARDIM ÜÇÜN KÖNÜLLÜ SIĞORTA SİSTEMLƏRİ İŞƏ DÜŞƏCƏK

Bunu Adil Vəliyev parlamentin Səhiyyə komitəsinin iclasında çıxışı zamanı deyib

Özəl tibb müəssisələrində onkoloji yardımın göstərilməsi ilə könüllü sığorta sistemləri işə düşəcək.

Xural.org bakupost.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.
A.Vəliyev xatırladıb ki, yalnız lisenziya almış özəl tibb müəssisələrinə onkoloji yardım üçün imkan veriləcək:
“Bu addım əhalinin sağlamlığının qorunması üçün mühüm hadisədir. Ödənişsiz, dövlət hesabına onkoloji yardım yenə də ancaq ixtisaslaşmış dövlət tibb müəsissələrində həyata keçiriləcək. Özəl müəssisələr bunu ödənişsiz etməyəcəklər. Amma özəl tibb müəssisələri istəsə, onkoloji yardımı ödənişsiz də edə bilər. Bu məsələdə könüllü sığorta sistemləri də işə düşəcək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button