QƏZZAFİNİN QIZI İRANLILARA ELƏ BİR MÜRACİƏT ETDİ Kİ

“Sizi xəbərdar edirəm: Qərb imperialistlərinin cazibədar sözlərinə və şüarlarına aldanmayın"

İranın dözümlü və azadlığı sevən xalqına müraciət edirəm! Mən sizə dağıntı, xəyanət və kədərin ağırlığı altında əzilmiş bir qəlblə səslənirəm. Mən ölkəsinin açıq düşmənlərin əli ilə deyil, Qərbin gülümsəmələri və yalan vədləri ilə qurulan tələlər vasitəsilə çökdüyünü görmüş bir qadının səsiyəm”.

Xural.org globalinfo.az-a istinadla xəbər verir ki, bunu Liviyanın öldürülmüş lideri Müəmmər Qəddafinin qızı Aişə Qəddafi İran xalqına müraciətində deyib.
“Sizi xəbərdar edirəm: Qərb imperialistlərinin cazibədar sözlərinə və şüarlarına aldanmayın.
Bir zamanlar atam Müəmmər Qəddafiyə belə demişdilər: “Nüvə və raket proqramlarından imtina et, dünya da sənə qapılarını açsın”, – A.Qəddafi bildirib.
O bildirib ki, atası “xoş niyyət və dialoqa inamla” güzəştlərə getdi, lakin sonu faciəvi oldu.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button