POLKOVNİKİN CƏZASI AZALDILDI

Ali Məhkəmə müdafiə tərəfinin şikayəti əsasında belə qərar çıxarıb

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində təqsirli bilinən polkovnik Məlikməmməd Qurbanovun cəzası azaldılıb.

Xural.org “qafqazinfo”-ya istinadən məlumat verir ki, Ali Məhkəmə müdafiə tərəfinin şikayəti əsasında belə qərar çıxarıb.

Son qərarla Məlikməmməd Qurbanovun cəzası 6 il 6 aydan 6 ilə endirilib. Qərar qalan hissələrdə dəyişdirilməyib.

Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. O, 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Bakı Apellyasiya Məhkəməsinin yekun qərarı ilə Qurbanova 6 il 6 ay həbs cəzası verilmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button