AB-DƏN İRANA YENİ SANKSİYALAR GƏLİR

Bu barədə Avropa Komissiyasının sədri Ursula von der Lyayen açıqlama verib

Avropa Birliyi (AB) İran rejiminin etirazlara sərt şəkildə müdaxilə etməsi ilə əlaqədar bu ölkəyə qarşı yeni sanksiyalar paketi hazırlayır.

Xural.org bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula von der Lyayen açıqlama verib.

AB rəsmisi bildirib ki, yeni tədbirlər etirazların yatırılmasına cavabdeh olan şəxslər və qurumlara qarşı aktivlərin dondurulması, səyahət qadağaları və maliyyə məhdudiyyətləri kimi sərt tədbirləri əhatə edəcək. Sanksiyalara düşənlər arasında İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) strukturları və İranın insan haqlarını pozmaqda günahkar hesab olunan digər rəsmi qurumlar olacaq.

AB daha əvvəl da İranın 44 təşkilat və 232 fiziki şəxsini insan haqları pozuntularına görə sanksiya siyahısına daxil etmişdi. Yeni paket bu siyahını genişləndirməyi nəzərdə tutur.

Von der Lyayen əlavə edib ki, sanksiyaların məqsədi Tehranın nümayişçilərə qarşı zorakılıq siyasətinə cavab vermək və insan haqları pozuntularını dayandırmaqdır. İran hökuməti bu xəbərə hələ rəsmi münasibət bildirməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button