MÜBARİZ MƏNSİMOVLA BAĞLI İDDİALAR TƏKZİB EDİLDİ

Prokurorluqdan təkzib gəldi

İstanbul Küçükçekmece Prokurorluğu Türkiyənin bəzi media quruluşlarının bu yaxınlarda fəaliyyətini dayandıran “Ekol TV”  ilə bağlı cinayət işinin başlanması və Azərbaycan əsilli iş adamı Mübariz Mənsimovun da bu araşdırmaya cəlb olunmasına dair xəbərini təkzib edib. 

Xural.org gununsesi.info-ya istinadən bildirir ki, yayılan rəsmi açıqlamada deyilir:

“Bəzi mətbuat orqanlarında və sosial media platformalarında “Ekol TV” kanalı ilə bağlı olaraq Küçükçekmece Prokurorluğu tərəfindən istintaqa başlanıldığı və istintaq sənədinin səlahiyyətsizlik qərarı ilə birlikdə Respublika Prokurorluğumuza göndərildiyi şəklində iddialar irəli sürüldüyü müəyyən edilmişdir. Lakin bu iddialar həqiqəti əks etdirmir. Məsələ ilə bağlı Küçükçekmece Prokurorluğu tərəfindən aparılan hər hansı bir istintaq mövcud deyil”.

Xəbər mətnlərində: “Ekol TV vasitəsilə çirkli pulların yuyulması iddiaları ilə başladılan istintaqda mühüm bir inkişaf yaşandı. Baş şübhəli Veysel Şahinin yanında Mübariz Mansimov, İdarə Heyətinin sədri Emrah Doğru, İdarə Heyətinin üzvü Arif Çetin və vəkil Ersan Şen kimi adların yer aldığı 12 nəfərlik iş, səlahiyyətsizlik qərarı ilə İstanbul Respublika Baş Prokurorluğuna göndərildi” formasındakı xəbərlər həqiqəti əks etdirmir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button