HƏYAT ÖLÜMƏ HAZIRLIQDI!

Rüstəm Behrudinin qardaşı İlham Alməmmədov ona məktub yazıb

Rüstəm Behrudinin qardaşı İlham Alməmmədov ona məktub yazıb. Xural.org xəbər verir ki, İlham Alməmmədovun məktubu onun facebook səhifəsində yayınlanıb. Xural.org məktubu Oxucularının diqqətinə təqdim edir:

“Əziz Qardaşım Rüstəm.
Sənə bir məktub yazmaq istədim. Sonda sənə sənin sözlərinlə yazmaq qərarına gəldim.
HƏYAT ÖLÜMƏ HAZIRLIQDI!!!
Ölümə məhkum olunmuş Sokratın tirana üz tutub söylədiyi son sözlər mənə həmişə qəribə bir güc verib: “Artıq ayrılma zamani gəldi. Mən ölümə – siz yaşamağa. Ancaq hansımızın daha çox xoşbəxt olacağını bircə Tanrı bilir.”
Sokratı öyrəndikcə anladım ki, fəlsəfənin əsl işi ölməyi öyrənməkdir. Fəlsəfənin başqa bir anlamı yоx!
Mən Axundovdan üzü bəri (bəzi istisnalar olmaqla) ömrün ona bağlanılacaq qədər uzun olmadığını anlayan, həyatın ölümə hazırlıq olduğunu düşünən bir Azərbaycan ziyalısına rast gəlmədim. Onların “ağır oturub batman gəlməyi, qorxaqlığı bu fəlsəfi nəsnələrdən xəbərsiz olmaqlarından irəli gəlir məncə. Qorxaqlığın əclaflığa açılan qapının qızıl açarı olduğunu bilə-bilə 70-ində, 80-ində, hətda 90-nında belə can qorxusu yaşayan adamın, adamdan daha çоx instinktlərlə yaşayan heyvandan fərqi yoxdur. Bu ziyalılar sürüsü üçün Sokrat kimi düşünmək qorxuludur. Bu dünyada qorxuda yaşayan hər şey qorxuludur.
Və mən bu sürüdən fərqli olaraq düşünürəm ki, günlərin bir günü:
Ölüm gələ, ömür bitə,
Son anında əlim yetə,
Şəriətdən həqiqətə,
Ölüm, görüm səndə nə var!
Ömür ona bağlanılacaq qədər uzun deyil, əfəndilər! Qоrxmağa, ölümə yaltaqlanmağa nə həcət?”
Xural.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button