
KAMPANİYA: ŞAHMAT XƏRÇƏNGƏ QARŞI – VİDEO
Türkiyədə yaşayan şahmat müəllimi Əvəz Zeynallıya görə kampaniya başladı...

Xural.org xəbər verir ki, Türkiyədə yaşayan həmvətənimiz, şahmat müəllimi, dəyərli ziyalımız Dimes Hak Alerli yeni bir kampaniyaya start verib. Kampaniyanın adı “Satranç Kansere Karşı – Şahmat Xərçəngə Qarşı”dır! Dimes Alerli kampaniyanı baş redaktorumuz Əvəz Zeynallıya həsr edib. O, şahmat kurslarından gələn gəlirin bir qismini Əvəz Zeynallının müalicəsinə ayıracağını bildirib. Əvəz Zeynallı isə bildirib ki, kampaniya bütünlüklə xərçəngə qarşı olmalı və bu kampaniyada ən müxtəlif peşə sahiblərinin dəstəyini almalıdır. “Kaş ki, zaman gələ, Azərbaycan dövləti özü belə bir kampaniyaya başlaya – “Azərbaycan dövləti xərçəngə qarşı!”” – Əvəz Zeynallı bildirb.
Xural.org kampaniyanı oxucularının diqqətinə çatdırır.
Xural.org



