JURNALİST NAİLƏ ƏKBƏROVA DÜNYASINI DƏYİŞİB

Bu barədə sosial şəbəkələrdə onun yaxınları paylaşım edib

Telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova dünyasını dəyişib.

Xural.org bakupost.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun yaxınları paylaşım edib.
Qeyd edək ki, 62 yaşlı Nailə Əkbərova uzun müddətdir xəstəlikdən əziyyət çəkib.
Xatırladaq ki, o, jurnalist fəaliyyətinə 1981-ci ildə AzTV-də başlayıb. 1997-2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. Daha sonra, 2006-cı ildə “Space” telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub. 2009-cu ildən etibarən isə “TRT” telekanalında fəaliyyət göstərib.
N.Əkbərova eyni zamanda Azərbaycanda ilk klip yaradıcılarındandır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button