
PREZİDENT NÖVBƏDƏNKƏNAR SEÇKİLƏR ELAN ETDİ
Bu, Serbiyada tələbə etirazlarından sonra baş verib

Serbiya prezidenti Vuçiç 2026-ci ildə növbədənkənar seçkilərin keciriləcəyini elan edib.
Xural.org gununsesi.info-ya istinadən xəbər verir ki, bu, Serbiyada tələbə etirazlarından sonra baş verib.
Xatirladaq ki, Serbiyada tələbələrin avanqard rol oynadığı etirazlarda məhz bu tələb olunurdu.
Son zamanlar yüz minlərlə insan meydanlara axışaraq, Serbiyanın Rusiya yönümlü hakimiyyətinə etiraz edirdi.



