MİSİR QASIMLI ÖZÜNÜ DOĞRAYIB

Misirin döyülərək barmağının, qolunun və çiyninin qırıldığı bildirilir...

Ukraynada həbs həyatı yaşayan Misir Qasımlı özünü doğrayıb.

Xural.org xəbər verir ki, bu barədə Gununsesi.info-ya verdiyi məlumata görə, ona hazırda heç bir tibbi müdaxilə edilmir, ölümə tərk edilib.

Bundan əlavə, Misirin döyülərək barmağının, qolunun və çiyninin qırıldığı da bildirilir.

Eyni zamanda o da qeyd edilib ki, Misir Qasımlı hazırda Xarkovda başqa həbsxanaya köçürülüb. Ancaq harada olduğu barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, hadisələrin bu yerə gəlməyinə səbəb Azərbaycan və azərbaycanlıların təhqir olunduğu bildirilir.

Misir Qasımlı təhqirlərə etiraz etdikdən sonra məsələ böyüyüb.

Məsələni diqqətdə saxlayacağıq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button