BELARUSDA NƏ QƏDƏR SİYASİ MƏHBUS QALIB?!

Hələ də bu ölkədə yüzlərlə siyasi məhbus qalmaqdadır...

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi ilə Belarus diktatoru Aleksandr Lukaşenkonun arasındakı dialoqdan sonra siyasi məhbusların azadlığına start verilib.

Lukaşenkonun sonuncu 120 nəfərlik əfv sərəncamında Belarusun həbsdə olan tanınmış siyasi fəalları azadlığa buraxılıb.

Xural.org xəbər verir ki, gununsesi.info-nun beynəlxalq insan haqları təşkilatlarının hesabatına istinadən verdiyi məlumata görə, son dövrdə siyasi məhbusları əhatə edən 2 əfv sərəncamına baxmayaraq, hələ də bu ölkədə yüzlərlə siyasi məhbus qalmaqdadır.

Belarusda nə qədər siyasi məhbus qalıb?

Freedom House bildirir ki, bundan əvvəlki prezident seçkilərində Belarusda böyük xalq etirazlarını zorakılıqla  dağıtdıran Lukaşenko həmin dövrdə 1200 vətəndaşı həbs etdirib.

Beynəlxalq qurumlar isə ABŞ hökumətini Belarusdakı bütün siyasi məhbusların azadlığına nail olmağa çağırır.

Çağırışlarda ABŞ-dən “Həbsdəki 800-ə yaxın siyasi məhbusun tam azadlığına nail olmaq və sanksiyaları bundan sonra götürmək” tələbi əks olunub.

Müşahidəçilər isə deyir ki, Lukaşenko ABŞ və Avropa ilə münasibətləri qaydaya salmaq üçün prosesi davam etdirəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button