RƏŞAD DAĞLI KƏRİMİN DƏFNİNƏ ƏKLİL GÖNDƏRDİ

Əklilin üzərində “Rəşad Dağlının adından əziz xatirəsinə” sözləri yer alıb...

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib.

Xural.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, əklilin üzərində “Rəşad Dağlının adından əziz xatirəsinə” sözləri yer alıb.

Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 2017-ci ildə tanınmış meyxanaçının beyninə qan sızmış, bundan sonra onun səhhətində ciddi problemlər yaranmışdı.

Xatırladaq ki, Rəşad Dağlı 2022-ci ildə qonşusunu qətlə yetirməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button