
SİDNEYDƏ YƏHUDİ BAYRAMINDA ATIŞMA
10 nəfər ölüb, 60-dan çox insan yaralanıb...

Avstraliyanın Sidney şəhərindəki Bonday çimərliyində keçirilən Hanuka yəhudi bayramında atışma baş verib.
Xural.org axar.az-a istinadən xəbər verir ki, bu barədə Avstraliya mətbuatı yayıb.
Məlumata görə, atışma nəticəsində 10 nəfər ölüb, 60-dan çox insan yaralanıb.
Atəş açan iki nəfərin saxlanıldığı bildirilir.
Sidney polisinin verdiyi məlumata görə, hücum bir neçə ay əvvəldən planlaşdırılıbmış.



