AZƏRBAYCAN ERMƏNİSTANA NEFT MƏHSULLARI SATACAQ

Gürcüstan ilk tranzit üçün gömrük rüsumu almayacaq...

Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana ilk tranziti üçün gömrük rüsumu almayacaq.

Xural.org “Unikal”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

“Gürcüstan hökuməti tərəfdaş ölkələrdən Azərbaycandan Ermənistana yanacağın Gürcüstan ərazisindən keçməklə birdəfəlik tranzitinə dair sorğu alıb”, – deyə məlumatda bildirilir.

Baş nazir İrakli Kobaxidze “Gürcüstan Dəmir Yolları” QSC-yə yüklərin dərhal pulsuz daşınmasını tapşırıb. Bu qərarla bağlı rəsmilərə məlumat verilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button