
PKK TÜRKİYƏDƏN TAMAMİLƏ ÇIXDI
Türkiyədəki fəaliyyətinə son qoydu və silahlılarını geri çəkdi...

PKK terror təşkilatı Türkiyədəki fəaliyyətinə son qoyduğunu və silahlılarını geri çəkdiyini açıqlayıb.
Xural.org Axar.az-a istinadən xəbər verir ki, bu barədə terror təşkilatının liderlərindən olan Sabri Okun açıqlamasında qeyd olunub.
PKK təşkilatın lideri Abdullah Öcalanın çağırışı ilə 12-ci Qurultayında qəbul etdiyi qərarlar əsasında özünü buraxdığını və Türkiyədən tamamilə çəkildiyini bildirib.



