
“SPUTNİK AZƏRBAYCAN”IN BAŞ REDAKTORU HƏBSDƏN ÇIXAN KİMİ BAKIDAN MOSKVAYA UÇDU
"Sputnik"in 2-ci əməkdaşı Belousov azad olunandan sonra ölkəni tərk edib

“Sputnik Azərbaycan”ın baş redaktoru Yevgeni Belousov həbsdən azad edildikdən sonra Bakıdan Moskvaya uçub.
Xural.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova TASS-a açıqlamasında bildirib.
“”Sputnik” in ikinci əməkdaşı Yevgeni Belousov Bakıdan azad olunandan sonra ölkəni tərk edib”,- o qeyd edib.
Bundan əvvəl “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx da azad olunub.
Xatırladaq ki, “Rossiya Seqodnya” beynəlxalq media qrupunun Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və baş redaktor Yevgeni Belousov Daxili İşlər Nazirliyinin iyunun 30-da qurumun Bakı ofisində keçirdiyi əməliyyat zamanı saxlanılıblar.
Xətai Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.



