
BAKI METROSUNDA İNSİDENT
4 nəfərə 30 gün müddətinə inzibati həbs cəzası təyin edilib

Bakı metrosunda insident olub.
Xural.org Lent.az-a istinadən xəbər verir ki, metronun “Koroğlu” stansiyasında qeydə alınıb.
Platformada bir qrup vətəndaş arasında insident yaranıb və onlar səs-küy salıblar.
Hadisəyə polis əməkdaşları müdaxilə edib. İnsident törədən 4 nəfər saxlanılaraq, polis şöbəsinə aparılıb.
Məhkəmənin qərarı ilə, onların hər biri barəsində 30 gün müddətinə inzibati həbs cəzası təyin edilib.



