
“SPUTNİK AZƏRBAYCAN”IN BÖYÜK REDAKTORU DA AZADLIĞA BURAXILDI
Görəsən, bizim siyasi məhbuslar nə zaman azadlığa buraxılacaqlar?

“Sputnik Azərbaycan”ın böyük redaktoru Yevgeni Belousov həbsdən azad edilib.
Xural.org xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.
Xatırladaq ki, bu ilin iyununda Azərbaycan Daxili İşlər Nazirliyinin “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) ofisində əməliyyat keçirib. “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx və böyük redaktoru Yevgeni Belousov həbs edilib. Bu ayın əvvəli icraçı direktor da həbsdən buraxılmışdı.
Görəsən, bizim siyasi məhbuslar nə zaman azadlığa buraxılacaqlar?



