“ZƏNGƏZUR DƏHLİZİ 2028-Cİ İLİN SONUNA QƏDƏR AÇILA BİLƏR”

Prezident mühüm açıqlama verdi

Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər.
Xural.org Bakupost.az -a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə mətbuata bəyanatında məlumat verib.
Dövlətimizin başçısı qeyd edib:
“Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button